UEFA-dan Serbiyaya ağır zərbə
14.12.2012 - 04:58
UEFA-dan Serbiyaya ağır zərbə
UEFA Serbiya Futbol Federasiyasını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumu sözügedən ölkənin 21 yaşadək yığma komandasının oyunlarında, 1 il azarkelərşin meydana gəlməsinə icazə verməyib. Həmçinin UEFA serbiyalıları 80 min avro məbləğində cərimələyib.

Buna səbəb isə oktyabrın 16-da 21 yaşadək Avropa çempionatının seçmə mərhələsində İngiltərə ilə qarşılaşmadan sonra yaranan, xoşa gəlməz hadisələr olub.

Bununla belə, UEFA Serbiya yığmasının futbolçuları Qoran Causiçi 4, Oqnyen Mudrinski ilə Filip Malbasiçi 3 və Nikola Ninkoviçi isə 2 oyunluq cəzalandırıb. İngiltərədən isə Stevin Caulker 2, Tomas İnse 1 matç komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, türkiyəli baş hakim Hüseyn Göçəkin idarə etdiyi Serbiya – İngiltərə oyunda qonaqlar meydan sahiblərini 0:1 hesabı ilə məğlub edib. Britaniya təmsilçisi isə qazanılan bu qələbədən sonra gələn il İsraildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.