“Cim-Bom”da Riera sevinci
14.12.2012 - 06:16
“Cim-Bom”da Riera sevinci
“Qalatasaray”ın heyətində zədəli olan Albert Riera bazar günü “Fənərbaxça” derbisində komandasına kömək edə bilər. Apasport.az saytının məlumatına görə, Superliqanın sonuncu turunda “Sivasspor”la qarşılaşmada forma geyinə bilməyəm ispaniyalı futbolçu, artıq komanda ilə birgə məşqlərə başlayıb. Lakin baş məşqçi Fatih Terimin qarşılaşmada Rieraya güvənəcəyi sual altındadır.

Qeyd edək ki, “Qalatasaray” - “Fənərbaxça” derbisi bazar günü “Türk Telekom Arena”da baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start verəcək.