Sneyder London klubuna keçə bilər
14.12.2012 - 07:23
Sneyder London klubuna keçə bilər
"Tottenhem" qışda heyətini hollandiyalı futbolçu ilə gücləndirmək istəyir. Apasport.az saytının məlumatına görə, London klubu "İnter"dən ayrılacağı gündəmdən düşməyən, Uesli Sneyderlə yaxından maraqlanır.

Britaniya mətbuatı artıq sözügedən komanda rəhbərliyinin yarımmüdafiəçiyə görə, 10 milyon avro ödəməyə hazır olduğunu yazıb. Lakin 28 yaşlı futbolçunun yanvar ayında komanda da qalıb və ya, digər kluba keçəcəyi sual olaraq qalır.

Qeyd edək ki, Sneyderi “Fənərbaxça”, Mançester Yunayted”, “Mançester Siti” və “Anji”də transfer etmək istəyir.