Messinin rekordu rəsmiləşdi
14.12.2012 - 09:39
Messinin rekordu rəsmiləşdi
Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messinin 1 ildə ən çox qol vuran oyunçu olmaq rekordu rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 2012-ci ildə artıq 88 dəfə rəqib qapılarına yol tapan cənubi amerikalının göstəricisi Ginnesin rekordları kitabına düşüb.

Bu isə rekordun rəsmən tanınması anlamına gəlir. Hərçənd zambiyalı Qotfrid Çitalu və braziliyalı Zikonun da daha çox qol vurması ilə bağlı iddialar üzə çıxmışdı.

Qeyd edək ki, Messi rekordunu daha da yaxşılaşdıra bilər. Çünki “Barselona” ilin sonunadək İspaniya çempionatında daha 2 matç keçirəcək.