Zeynal Zeynalov: Nə qədər qol vurduğum yadımdan çıxıb
17.12.2012 - 16:50
“İlk dəfə bu mükafata layiq görülürəm. Sözün açığı, belə şeylərə bir o qədər önəm vermirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında çimərlik üzrə milli komandamızın üzvü Zeynal Zeynalov deyib.
AFFA-nın bu gün təşkil etdiyi ilin futbolçularının mükafatlandırılması mərasimində futbol üzrə milli komandamızın sabiq oyunçusu çimərlik sahəsində “ən yaxşı” seçilib: “Kim ki mənə səs verib, ona öz təşəkkürümü bildirirəm. İnşallah, bundan sonra da yığmada əlimdən gələni edəcəm ki, onların etimadını doğruldum. Millidə ən çox oyun keçirənlərdən biri idim. Qol da vurmuşdum. Ancaq il ərzində nə qədər rəqib qapısına fərqlənməyim yadımdan çıxıb”.
Qeyd edək ki, ötən il ən yaxşı çimərlik futbolçumuz adına Elvin Quliyev layiq görülmüşdü.
Səbuhi TOFİQOĞLU

0
0