Ramos Kassio dünya çempionatının ən yaxşı oyunçusu seçildi
17.12.2012 - 22:00
Ramos Kassio dünya çempionatının ən yaxşı oyunçusu seçildi
FIFA Yaponiyada təşkil edilən klublararası dünya çempionatının ən yaxşı futbolçularının adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, turnirin ən yaxşı oyunçusu "Korintians"ın qolkiperi Ramos Kassio seçilib. İkinci yerə “Çelsi”nin braziliyalı müdafiəçisi David Luis layiq görülüb. 3-cü yerin sahibi isə "Korintians"ın digər futbolçusu Xose Paelo Qerrero olub.

Qeyd edək ki, final qarşılaşmasında "Korintians" "Çelsi"ni minimal hesabı ilə məğlub edərək klublararası dünya çempionatının qalibi olub.