Useyn Bolta BBC-nin mükafatı təqdim edildi
17.12.2012 - 22:46
BBC-nin idmançılar arasında hər il ənənəvi olaraq keçirdiyi mükafatlandırma mərasiminin qalibləri bəlli olub. Apasport.az saytının məlumatına görə, bir çox idman növlərində çempion olan idmançılara və komandalara mükafatlar təqdim edilib.
"İlin əcnəbi idmançısı" mükafatına London Olimpiya Oyunlarında 3 qızıl medal qazanan Useyn Bolt layiq görülüb. “İlin idmançısı” mükafatı isə “Tur de Frans” və London Olimpiya Oyunlarının qalibi Bredli Uigginsə verilib.
Paralimpiya oyunlarının 400 metr məsafəyə sərbəst üsulla üzmə çempionu 15 yaşlı Cozef Kreyq “İlin ən gənc idmançısı” mükafatına sahib çıxıb. BBC-nin versiyasına əsasən “İlin məşqçisi” velo idman komandasının çalışdırıcısı Deyv Breylsford seçilib. "İlin komandası" mükafatı isə Böyük Britaniyanın Olimpiya və Paralimpiya komandaları layiq görülüb.
Qeyd edək ki, bu mükafatlar 1954-cü ildən təqdim edilir.

0
0