Benzema ölkəsinin ən yaxşısı seçildi
17.12.2012 - 23:51
Benzema ölkəsinin ən yaxşısı seçildi
Fransanın prestijli jurnallarından olan “France Football” 2012-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu ada “Real”ın fransalı ulduzu Kərim Benzema layiq görülüb. 2-ci yerə Frank Riberi, 3-cü yerə isə Hugo Loris sahib olub.

Qeyd edək ki, Kərim Benzema ötən ildə “France Football” jurnalı tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.