David Petjkeviç: Öz vəziyyətimə güldüm - MÜSAHİBƏ
18.12.2012 - 01:21
Cari mövsümdə “Simurq”un uğurlarında heç şüphəsiz polşalı qapıçı David Petjkeviç böyük pay sahibidir. Apasport.az saytının məlumatına görə, hər qarşılaşmada rəqiblər üçün keçilməz qala olan gənc əlcək ustası Zaqatala təmsilçinin son oyununda hakim tərəfindən qırmızı vərəqə ilə cazalandırıldı. Bu haqda klubun rəsmi saytına fikirlərini bildirən David, heç kəsi təhqir etmədiyini bildirib.
- İlk öncə dünənki oyun haqqında fikirlərini bilmək istəyərdik...
- Fikrimcə “Qəbələ” ilə oyun həm bizim üçün, həm də rəqibimiz üçün çətin keçdi. Kim qalib gəlsəydi bu qarşılaşmada, o da turnir cədvəlində irəliləyəcəkdi və ilk altılığa düşmək şansını demək olar ki, əldə edəcəkdi. İlk hissə bizim üçün ağır keçdi. “Qəbələ” bir necə dəfə qol vurmaq üçün əla şanslar əldə etdi. Lakin bunlardan yararlana bilmədi. Fasilədən sonra isə biz istədiyimiz oyunu oynadıq və lazım olan qolu vura bildik. Bunun da nəticəsində çox vacib üç xalı qazanaraq, turnir cədvəlində zirvədə var olduğumuzu bir daha hər kəsə göstərdik.
- Qarşıda daha bir çətin matç bizi gözləyir. “Rəvan”la oyun haqda nə düşünürsən?
- Bəli, düz qeyd edirsiniz. Onlarla da oyunumuzun çətin keçəcəyini düşünürəm. Bu qarşılaşmada da qələbə qazansaq, rahat bir şəkildə deyə biləcəyik ki, “Simurq” ilk altılıqdadır. Ondan sonra bizim daha dörd oyunumuz qalır, - AZAL, “Neftçi, “Bakı” və “Kəpəz”. Fikrimcə bu qarşılaşmalarda xal itirsək belə, 100 faiz qarşımıza qoyduğumuz məqsədə çatmış olacağıq. Ancaq ilk altılıqda medallar uğrunda mübarizə aparacağımızdan, bu oyunlarda mütləq sərfəli nəticələr əldə etməliyik.
- “Qəbələ” ilə qarşılaşmada hakim sənə qırmızı vərəqə göstərdi. Hamı üçün maraqlı olan həmin stuasiya necə baş verdi?
- Bəli, oyundan sonra qarşılaşmanın referisi mənə qırmızı vərəqə göstərdi. Onun bu qərarını anlaşılmazlıq kimi qiymətləndirirəm. Çünki hakimin dediyi kimi, onu təhqir eləməmişəm. Oyun bitəndən sonra heç ona yaxınlaşmadım da. Onun qeyd etdiyi sözləri belə işlətməmişəm. Həmişəki kimi birbaşa paltardəyişmə otağına yollandım və polyak dilində öz-özümə niyə əlavə vaxtı çox oynatdığını dedim. Həmin vaxtda hakimlər məndən 30 metr aralıda idilər. Birdə köməkçisinin ona yaxınlaşıb nəsə dediyini gördüm və bundan sonra mənə qırmızı vərəqə göstərdi. Hələ də, başa düşmürəm niyə bu cür qərar verdi. Hətta mən, ona işlətdiyimi iddia etdiyi sözün mənasını belə bilmirdim. Sonradan uşaqlardan öyrəndim və həqiqətən öz vəziyyətimə güldüm. Çünki bilmədiyin sözü necə işlədəsən.
- Sabah sənin necə oyunluq cəza alacağın bilinəcək. Futbol qurumumuzdan hansı qərarı gözləyirsən?
- Azərbaycana futbol oynamağa gəlmişəm. Gəlməmişəm ki, hakimləri təhqir edim. Burada “Simurq”la birlikdə yüksək nəticələrə nail olmaq istəyirəm. Zaqatala azarkeşləri ilə qələbə dolu günlər yaşamaq arzusundayam. Düşünürəm ki, bu haqda qərar verənlər həmin stuasiyanı yaxşı-yaxşı dəyərləndirəcəklər və ədalətli qərar qəbul edəcəklər. Lazım bilsələr məndə ora gələ bilərəm və səhvim varsa üzr istəyərəm. Bir daha qeyd etmək istəyirəm ki, mən onların dediyi kimi, rus dilində heç kəsi təhqir eləməmişəm. Heç bu dildə yaxşı danışa bilmirəm, nəyinki kimisə ilk dəfə eşitdiyim sözlə təhqir edim.

0
0