Mourinyo etiraf etdi
18.12.2012 - 03:37
Mourinyo etiraf etdi
“Daha çempion olmaq bizim üçün imkansızdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri öz meydanında “Espanyol”la heç-heçə edən “Real”ın baş məşqçisi Joze Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında bildirib. Portuqaliyalı çalışdırıcı artıq çempionluq şanslarını itirdiklərini jurnalistlərə etiraf edib:

“Böyük və şərəfli komanda olan “Real” bundan sonra meydana qələbə üçün çıxacaq. Bir klub tək-tək hər bir üzvü ilə birlikdə ayağa qalxar. Bizi də ayağa qaldıran peşəkar hörmət və istəkdir. Çox matçlarda uduzduq və hədəfimizdən uzaqlaşdıq. Lakin qarşıda başqa turnirlər var”.