Juninyo Amerika klubunda
18.12.2012 - 04:47
"Nyu York Red Bulls" heyətinə yeni futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, Amerika klubu Braziliya futbolunun məşhur simalarından olan Juninyo Pernambuka ilə anlaşıb.
Belə ki, "Vasko de Qama" ilə müqaviləsi başa çatan 37 yaşlı futbolçu bundan sonra Amerika Futbol Liqasında (MLS) çıxış edəcək. Bu barədə klubun rəsmi internet saytında, komandanın idman direktoru Endi Roksburq da açıqlama verib:
“Juninyo dünya səviyyəli bir oyunçudur. O, həm meydan da, həmdə meydandan kənarda professionallığı ilə seçilir. Onun hazır ki, fiziki vəziyyəti əladır. Pernambuka 2013-cü ili bizimlə birlikdə keçirəcək və mən inanıram ki, onun bizim komandamıza çox faydası olacaq. Həmçinin Juninyo klubumuza gəldiyi üçün mən çox xoşbəxtəm”.
Qeyd edək ki, "Nyu York Red Bulls"un şərəfini hazırda Tyeri Anri və Tim Kehil kimi ulduz futbolçular qoruyur.

0
0