Burak “İlin futbolçusu” mükafatına layiq görüldü
18.12.2012 - 05:51
Burak “İlin futbolçusu” mükafatına layiq görüldü
İstanbulun Haliç Universitetində təşkil olunan “Türkiyə İdman Adamlarının Mükafatlandırma” mərasiminin qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan, Almaniya, İngiltərə, İsveçrə, İtaliya, Portuqaliya və Gürcüstan da daxil olmaqla 12 idman nümayəndəsi və jurnalistlər iştirak edib.


Mərasimdə mükafat alanlar isə bunlardır:

Ünal Aysal (“Qalatasaray”ın prezidenti) - “İlin klub prezidenti”
Burak Yılmaz (“Qalatasaray”ın hücumçusu) - “İlin futbolçusu”
Manuel Fernandes (“Beşiktaş”ın yarımmüdafiəçisi) - “İlin əcnəbi futbolçusu”
Mehmet Tərzi (Türkiyə Atletika Federasiyasının prezidenti) – “İlin idman adamı”
Aslı Çakır Alptekin (Olimpiya çempionu) – “İlin idmançısı”
“Orduspor” klubu – “İlin idman klubu”
Müslüm Gülhan (“Haliç Universiteti” FK-nun baş məşqçisi) – “İlin baş məşqçisi”
“Haliç Universiteti” FK-u – “İlin futbol komandası”
Fırat Aydınus – “İlin hakimi”
Əhməd Kavalcı (“Beşiktaş”ın idarə heyətinin üzvü) – “İlin futbol idarə heyətinin üzvü”
Mete Düren – “Xidmət mükafatı”
Sadətdin Saran (“Fənərbaxça”nın sabiq idarə heyətinin üzvü) – “Türk idmanına etdiyi xidmətlərə görə”
“Karşıyaka” – “100-cü il xüsusi mükafatı”