Fellaini cərimələndi
18.12.2012 - 06:11
Fellaini cərimələndi
İngiltərə Futbol Federasiyası “Everton”nun futbolçusu Maruan Fellainini cəzalandırıb. Apasport.az saytının məlumatına görə, belçikalı yarımmüdafiəçi Premyer Liqasının 17-ci turunda “Stok Siti”nin futbolçusu Rayan Şoukrosa başla zərbə endirdiyi üçün 3 oyunluq cəza alıb.

Qeyd edək ki, həmin oyun zamanı hakimlər bunu görməsələr də, video təkrar futbolçunun kobudluğunu aşkarlayıb.