Prandelli: “Qızıl top”u Pirloya vermək lazımdır
18.12.2012 - 07:17
İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli FİFA-nın hər il təşkil etdiyi “Qızıl top” mükafatına kimin layiq görülməsini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 45 yaşlı çalışdırıcı bu mükafatın Andre Pirloya verilməsini istəyir.
Romada jurnalistlərə müsahibə verən Prandelli, bir KİV nümayəndəsinin “Qızıl top”un sahibi üçün hansı futbolçuya səs verəcəksiniz” sualına o, belə cavab verib:
“Sizin ünvanladığınız suala mən bir vətənpərvər və bir italiyalı olaraq cavab verirəm. Məncə bu il “Qızıl top” mükafatını Pirloya təqdim etmək lazımdır. Çünki o, bu yaşa qədər gəlib və hələ də gözəl oyunu ilə hamını heyran edir. Artıq bunu qiymətləndirməyin vaxtıdır”.
Qeyd edək ki, Çezare Prandelli İtaliya yığma komandasını Avro-2012-nin final mərhələsinə qədər aparmağa müvəffəq olmuşdur.

0
0