Millimizin rəqibi İspaniyada yoldaşlıq görüşü keçirəcək
18.12.2012 - 09:20
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığması gələn ilin əvvəlində yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız yığmamız fevralda Dubayda təlim-məşq toplanışında olduğu zamanı İspaniyada qüvvəsini sınayacaq.
Ancaq bu haqda açıqlama verən Rusiya Futbol İttifaqının rəsmi meneceri olan FİFA və UEFA agenti Elizabet Bartoşe rəqibin məhz ispanlar olacağını təsdiqləməyib: “Oyunla bağlı bütün prinsipial məsələlər həll olunub. Bu matç İspaniyada keçiriləcək. Ancaq onun meydan sahibləri ilə olacağını deyə bilmərəm. Üzr istəyirəm, mən rəqibin adını açıqlaya bilmərəm. Bu, mənim səlahiyyətimə aid deyil. Oyunun təşkilatçılığı ilə məninm rəhbəri olduğum “Larus Sport” şirkəti məşğul olur. Sənədlər imzalanan kimi Rusiya Futbol İttifaqı rəsmi açıqlama verəcək. Ola bilər ki, artıq bu həftənin sonunda olacaq”.

0
0