“Neftçi” qələbəni əldən verdi - YENİLƏNİB
18.12.2012 - 19:53
“Neftçi” qələbəni əldən verdi - YENİLƏNİB
Bu gün Topaz Premyer Liqasında Bakı derbisi keçirilib. Apasport.az saytının məlumatına görə, “Neftçi” ilə “Bakı” I turdan təxirə salınan oyunda üz-üzə gəlib.

Ötən mövsüm Azərbaycan kubokunun finalında məhz “Neftçi”ni məğlub edərək, titula sahib çıxan “Bakı”nın turnir cədvəlindəki vəziyyəti onu təxirə salınan oyunlardan maksimum istifadə etməyə sövq etsə də, rəqibindən cəmi 1 xal almağı bacarıb. Belə ki, son 4 dəqiqəyə kimi hesabda öndə olan “ağ-qaralar” üstünlüklərini qoruya bilməyiblər. Nəticədə komandalar meydandan “sülh”lə ayrılıblar. “Neftçi” mövsümdə ilk heç-heçə sayəsində isə şəxsi görüşlərə əsasən 4-cü yerə yüksəlib.

Qeyd edək ki, təqvimə görə avqustun 6-da keçirilməli olan bu matç çempionun Avroliqada çıxışı ilə əlaqədar təxirə salınmışdı.


18 dekabr
I turdan təxirə salınan oyun

“Neftçi” – “Bakı” - 1:1
QOLLAR: Rəşad Sadiqov, 10 (pen.) - Əziz Quliyev, 86
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov
Bakı. 8-ci km qəsəbə stadionu
II dövrədəki oyun – 2:1

“Neftçi”: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 21. Eşqin Quliyev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə
Baş məşqçi: Böyükağa Hacıyev

“Bakı”: 82. Edin Nuredinoski, 2. Edemir Rodrigez, 29. Əziz Quliyev, 25. Şəhriyar Əliyev, 3. Denis İvanov, 8. Junior Vilson, 10. Lukas Mario Horvat, 7. Deividas Çesnauskis, 11. Elvin Məmmədov (k), 23. Maris Verpakovskis, 17. Ramazan Abbasov
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 27. George Popxadze, 77. Aleksandar Soliç, 99. Rəhman Hacıyev, 14. Elvin Əliyev, 19. Nurlan Novruzov, 6. İbrahim Karqbo
Baş məşqçi: Bojidar Bandoviç


komandaoqhmtx
1
İnter
16
8
6
2
17-6
30
2
Simurq
17
8
6
3
20-11
30
3
Qarabağ
17
7
7
3
22-16
28
4
Neftçi
15
8
1
6
30-18
25
5
Qəbələ
17
7
4
6
19-18
25
6
Xəzər L
17
6
6
5
24-17
24
7
AZAL165
7
4
19-15
22
8
Turan
16
5
5
6
19-20
20
9
Bakı
16
3
10
3
15-12
19
10
Sumqayıt
17
4
5
8
15-21
17
11
Rəvan
17
4
4
9
16-28
16
12
Kəpəz
17
2
3
12
10-34
9

Bombardir: Nikolas Kanales (Neftçi) - 14