Rusiyalı FİFA agenti: Azərbaycanı da bu layihəyə cəlb etmək pis olmaz
18.12.2012 - 09:46
Rusiyalı FİFA agenti: Azərbaycanı da bu layihəyə cəlb etmək pis olmaz
“Bildiyimə görə, müəyyən məsələlər üzündən Rusiya və Ukrayna klublarından başqa heç bir komanda MDB çempionatının potensial iştirakçıları sırasında deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış rusiyalı futbol agenti Konstantin Sarsaniya deyib.

O, neçə vaxtdır müzakirə olunan MDB ölkələrinin vahid çempionatı haqda danışıb. FİFA agenti olan Sarsaniya Azərbaycan klublarının da yarışa qatılmasının tərəfdarıdır: “Fikrimcə Azərbaycan, Ermənistan, Özbəkistan, Qazaxıstanı da bu layihəyə cəlb etmək pis olmazdı. Onlar elə ölkələrdir ki, maliyyə cəhətdən sabit klublara məxsusdur və futbolun populyarlaşmasını istəyirlər”.