Nizami Hacıyevin oynayacağı 3 klub müəyyənləşdi
18.12.2012 - 11:30
Qış fasiləsində Nizami Hacıyevin transfer olunacağı Polşanın “Poqon” klubunun sparrinq rəqiblərinin bəzisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Şçetsin təmsilçisi ölkə daxilində 3 yerli klubla gücünü sınayacaq.
Yanvarın 6-da Polşada olacağı gözlənilən Nizami yeni komandası ilə ilk məşqini ertəsi gün edəcək. Şçetsindəki süni örtüklü meydançada keçirilən məşq zamanı futbolçulardan sürət testi götürüləcək. Ayın 10-da isə “Poqon” həmin meydançada ilk yoxlama oyununu keçirəcək.
Yanvarın 14-də “Poqon” Poqojelitsaya gedəcək. Komanda yanvarın 16-da “Flota”, 19-da “Kotvitsa” və 22-də “Blemkitni” ilə qarşılaşacaq. Hər 3 komanda Polşanın aşağı dəstə klublarıdır. Yanvarın 23-də ölkə daxilindəki toplanışı tamamlayan “Poqon” ayın 28-də Antalyaya yollanacaq.
Türkiyədəki 11 günlük toplanış müddətində komanda yanvarın 30-u, fevralın 2-si və 6-da yoxlama oyunları keçirməli olsa da, hələ rəqiblər bəlli deyil. Komanda fevralın 8-də vətənə qayıdacaq. Ayın 22-də baş tutacaq “Zaqlembe” ilə çempionat oyunundan 6 gün əvvəl Polşada daha bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, yanvarın 1-də “transfer pəncərəsi” açılacaq. Məhz bundan sonra Nizami Polşaya yollanıb “Poqon”la müqaviləyə qol çəkəcək.

0
0