Cavid Hüseynov ehtiyatda qalıb, kabab yedi - FOTO
18.12.2012 - 12:55
Cavid Hüseynov ehtiyatda qalıb, kabab yedi - FOTO
Millimizin yarımmüdafiəçisi Cavid Hüseynov İzmirdə olub. Apasport.az saytının məlumatına görə, “Göztəpə” ilə oyundan sonra İzmir Adanalılar Dərnəyi Başqanı Arif Kayaksu yerli restoranlardan birində “Adana Dəmirspor”a Adana kababı qonaqlığı verib.

“Mavi Şimşəklər”i səfərdə “Göztəpə”ni məğlub etməsi (2:0) səbəbi ilə təbrik edən Kayaksu İzmirdə yaşayan adanalılar olaraq hər zaman komandanın yanında olacaqlarını bildirib.

Qeyd edək ki, Cavid Hüseynov adıçəkilən qarşılaşmada 90 dəqiqəni ehtiyatda keçirib.