“Hakimlərin əksər qərarları əleyhimizə idi” - MÜSAHİBƏ
18.12.2012 - 13:44
“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi
- “Böyük oyun”da qələbə qazandınız və paytaxtdakı yenilginin revanşını almış oldunuz. Qarşılaşma yadınızda necə qalıb?
- Ağır keçdi. “Neftçi” heç də zəif deyil. Əksinə, ölkənin ən güclü klublarındandır. Biz 3 xal lazım idi. Şükürlər olsun ki, məqsədimizə çatdıq. Oyuna gəlincə, meydan çox pis vəziyyətdə idi. Bir gün əvvəldən başlayan yağış müəyyən gölməçələrin yaranmasına səbəb olmuşdu. Buna görə də yaxşı oynamaq olmurdu. Bu fakt hər iki tərəfin çıxışına mənfi təsir göstərdi. Hakimlərin əksər qərarları əleyhimizə idi.
- Meydanın bərbad olmasa da, “Xəzər Lənkəran” cari mövsümdə bəlkə də ən yaxşı oyununu ortaya qoydu. Bu, rəqibin “Neftçi” olmasından irəli gəlirdi?
- “Neftçi”ni udmaqdan başqa yolumuz yox idi. Lakin tək onlara qarşı belə motivasiya olmuruq. Bütün qarşılaşmalara ciddi yanaşırıq və ən yaxşı tərəfdən seçilməyə çalışırıq.
- Oyundan öncə kifayət qədər gərginlik var idi. Ümumiyyətlə, bu cür vəziyyətlər futbolçulara psixoloji baxımdan necə təsir edir?
- Peşəkar futbolçuyuq. Gərgin oyunlara daim hazır olmalıyıq.
- 17 tur arxada qalıb. “Xəzər Lənkəran”ın topladığı xalları və turnir cədvəlindəki mövqeyini necə dəyərləndirirsiniz?
- “Xəzər Lənkəran” hər zaman çempionluğa iddialıdır. Sadəcə, cari mövsümdə arzuladığımız mövqedə deyilik. Qeyri-sabit oynayırıq.
- Bunun səbəbi nədir?
- Nə deyim, alınmayanda alınmır.
- Baş məşqçi dəyişiklikləri oyununuza nə kimi təsir etdi?
- Deyim ki, Yunis Hüseynovun vaxtında pis oynayırdıq, yalan olar. Həmin vaxt çempionatda da, Avropa Liqasında da yaxşı oynayırdıq. Lakin bunun müqabilində nəticə yox idi. Həm də ehtiyat oyunçularımız azdır.
- Bakesin əsas tələbləri nədir?
- Yunis müəllimlə onun tələblərində elə də ciddi fərq yoxdur. Hər ikisi nizam-intizama xüsusi diqqət yetirir.
- 2012-ci il başa çatmaq üzrədir. İl nə ilə yadda qaldı?
- Əsas odur ki, “Neftçi”ni udduq. Yaddaqalan bu idi. Üzüldüyümüz matçlar da var idi. “Simurq”a 0:2 hesabı ilə yenildik. Yığmanın çıxışına gəldikdə, ilin son matçında Şimali İrlandiya ilə qarşılaşdıq və səfərdə oynamağımıza baxmayaraq heç-heçə etdik. Portuqaliya ilə matça üzüldüm. Hesabın böyük alınmasına görə yox, onlara qarşı yaxşı oynaya bilmədiyimizə görə.

0
0