20-ci qarşılaşma
18.12.2012 - 16:04
Bu həftə Topaz Premyer Liqasında XVIII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2012-ci ilin son turunda “Qəbələ” “Turan”ın qonağı olacaq. Tovuzda keçiriləcək görüş Ramiz Məmmədovun yetirmələri üçün ilin son oyunu, həm də son səfəri olacaq.
Dekabrın 20-dəki görüş rəqiblərin yubiley – 20-ci qarşılaşması olacaq. Əvvəlki 19 matçda “Qəbələ”nin üstünlüyü aşkardır. 12 qələbəsi olan komanda 3 dəfə heç-heçə edib və cəmi 4 dəfə uduzub. Bu matçlardan 15-i Premyer Liqaya təsadüf edib. Çempionatda 10 qələbəsi olan “Qəbələ” 2 dəfə heç-heçə ilə kifayətlənib və cəmi 3 dəfə xalsız qalıb. 15 qol vuran komanda cəmi 8 top buraxıb. Kubokda isə Qəbələ təmsilçisinin 2, tovuzluların 1 qələbəsi var. Daha 1 görüş heç-heçə bitib. Buradakı top fərqi də Ramiz Məmmədovun yetirmələrinin xeyrinədir – 4:3.
İlin sonuncu səfəri “Turan”la rəqib meydanındakı 10-cu matçdır. 5 dəfə Tovuzdan qələbə ilə qayıdan qonaqlar 2 dəfə heç-heçə ilə kifayətlənib və yalnız 2 dəfə məğlub olub. Səfərdəki yubiley matçınadək qonaqlar 9, meydan sahibləri 6 dəfə fərqlənib. Lakin “Turan” 2008-ci il noyabrın 5-də evdə uduzduğu (1:2) kubok matçından sonra “Qəbələ”yə evdə qol vura bilmir. Belə ki, qonaqlar son 5 səfərdə qapısının toxunulmazlığını saxlaya bilib.

2005/06 | 05.11.2005 | Azərbaycan kuboku, 1/8 final | Göy-Göl (Xanlar) - Turan (Tovuz) | 0:0 |
2005/06 | 19.11.2005 | Azərbaycan kuboku, 1/8 final | Turan (Tovuz) - Göy-Göl (Xanlar) | 1:0 |
2006/07 | 10.11.2006 | Premyer Liqa | Turan (Tovuz) - Gilan (Qəbələ) | 0:0 |
2006/07 | 08.05.2007 | Premyer Liqa | Gilan (Qəbələ) - Turan (Tovuz) | 1:0 |
2007/08 | 03.11.2007 | Premyer Liqa | Qəbələ - Turan (Tovuz) | 2:1 |
2007/08 | 03.05.2008 | Premyer Liqa | Turan (Tovuz) - Qəbələ | 4:2 |
2008/09 | 29.10.2008 | Azərbaycan kuboku, 1/8 final | Qəbələ - Turan (Tovuz) | 2:1 |
2008/09 | 05.11.2008 | Azərbaycan kuboku, 1/8 final | Turan (Tovuz) - Qəbələ | 1:2 |
2008/09 | 29.11.2008 | Premyer Liqa | Turan (Tovuz) - Qəbələ | 0:0 |
2008/09 | 17.05.2009 | Premyer Liqa | Qəbələ - Turan (Tovuz) | 0:1 |
2009/10 | 24.10.2009 | Premyer Liqa | Turan (Tovuz) - Qəbələ | 0:1 |
2009/10 | 09.02.2010 | Premyer Liqa | Qəbələ - Turan (Tovuz) | 1:0 |
2010/11 | 11.09.2010 | Premyer Liqa | Turan (Tovuz) - Qəbələ | 0:1 |
2010/11 | 11.12.2010 | Premyer Liqa | Qəbələ - Turan (Tovuz) | 1:0 |
2010/11 | 09.04.2011 | Premyer Liqa | Turan (Tovuz) - Qəbələ | 0:2 |
2010/11 | 08.05.2011 | Premyer Liqa | Qəbələ - Turan (Tovuz) | 1:0 |
2011/12 | 11.09.2011 | Premyer Liqa | Qəbələ - Turan (Tovuz) | 2:1 |
2011/12 | 15.12.2011 | Premyer Liqa | Turan (Tovuz) - Qəbələ | 0:1 |
2012/13 | 27.10.2012 | Premyer Liqa | Qəbələ - Turan (Tovuz) | 0:1 |
0
0