AFFA-dan saxtakar məşqçiyə ağır cəza
18.12.2012 - 16:36
AFFA-nın İntizam komitəsi daha bir saxtakarlığın üstünü açıb. Apasport.az saytının məlumatına görə, qurum futbolçuların sənədlərini saxtalaşdıran məşqçini üzə çıxararaq ağır cəza verib.
Belə ki, U-14 və U-13 Liqasının çıxış edən UGİM (Saatlı) klubunun heyətində birdən-burə 4 futbolçunun sənədləri saxtalaşdırılıb. U-13 Liqasında çıxış edən komandanın üzvləri Rauf Məlikzadə ilə Ramil Fətullayev, U-14 Liqasında mübarizə aparan klubun oyunçuları Ziyamin Hüseynov və Malik Malikzadənin sənədlərinin saxta olduğu aşkar edilib. Adları göstərilən futbolçular U-14 Liqasında iştirak etməyiblər.
U-13 Liqasında çıxış edən UGİM-in futbolçuları Rauf Məlikzadə və Ramil Fətullayevin çıxış etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Hər 2 komandanın baş məşqçisi Elşən Atakişiyev isə daha ağır cəza alıb. Futbolçuların lisenziyalarını saxtalaşdırdığı üçün o, 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.
Mənbə: affa.az

0
0