Berti Foqts məktəbə getdi - FOTOSESSİYA
18.12.2012 - 16:49
Bu gün "Coca-Cola U-13 Liqası"nın 2011/2012-ci il mövsümünün bombardirinin mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, hazırda "Neftçi"nin U-15 komandasının üzvü olan Pilağa Mehdiyev AFFA tərəfindən mükafatlandırılıb. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun iştirak etdiyi tədbir bombardirin təhsil aldığı Yasamal rayonundakı Mikayıl Müşfiq adına 18 saylı orta məktəbdə təşkil olunub. Almaniyalı mütəxəssis əvvəlcə məktəbdəki alman dili kabinetində keçirilən dərsdə olub. O, buradakı şagirdlərlə alman dilində söhbət edib, onların suallarını cavablandırıb.
Məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu çıxış edib. O, bildirib ki, qurum tərəfindən vaxtaşırı belə tədbirlər təşkil olunur və müxtəlif liqalarda yüksək nəticə göstərən futbolçular mükafatlandırılır. Sonra Pilağa ilə bağlı AFFA tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. Videoarxın nümayişindən sonra Foqts səhnəyə dəvət olunub. O, futbolun kütləviliyinin artırılması və təbliğinin gücləndirilməsi baxımından belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini deyib. Millinin baş məşqçisi AFFA-nın hədiyyələrini Mehdiyevə təqdim edib və futbolçu kimi ona daha böyük uğurlar arzulayıb.
Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin direktoru Vaqif Hüseynli çıxış edərək tədbirin təşkili ilə əlaqədar AFFA-ya minnətdarlığını bildirib. Sonda Foqts və Mehdiyev jurnalistlərə açıqlama verib və onların suallarını cavablandırıb.
Mənbə: affa.az

0
0