Nikolov “Kəpəz”in stadionuna qadağa qoyulmasını tələb edir
18.12.2012 - 18:05
“İnter”in prezidenti Georgi Nikolov “Kəpəz”in stadionunda futbol oynanılmasını tənqid edib. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı mütəxəssis yenə öz köşə yazısı ilə diqqət mərkəzinə düşüb.
Nikolov Topaz Premyer Liqasının son turunda 2:0 hesabı ilə qalib gəldikləri Gəncə arenasının durumunu pisləyib: “Cümə günü saat 16:00 telefon zəngini eşidəndə bildim ki, bu, yaxşı heç nə vəd etmir. Yeri gəlmişkən, əvvəl də Kaxaber mənə bu haqda məlumat vermişdi. Yeni bir şey yox idi. Gəncədəki meydançada nəinki futbol oynamaq, gəzmək olmurdu. Məşqçiyə məmnuniyyətlə qulaq asdım. Fikrimcə, ona asan oldu. Bununla da hər şey bitdi. Yalnız sonradan qəzəbləndim və bunu gizlətməyə səbəb görmürəm. Deyin görüm, “Kəpəz” Premyer Liqada neçə mövsümdür oynayır? Üç mövsüm? Dünyada elə bir qüvvə yoxdur ki, klub rəhbərliyini stadionu normal vəziyyətə gətirsin? Gəncə şəhər İcra Hakimiyyətini də heç cür başa düşmürəm – axı stadion onların ərazisindədir!? Əgər klubun resursu məhduddursa, qoy şəhər rəhbərliyi, yerli biznesmenlər kömək etsin. İnanın ki, bu, heç də baha deyil. Mən bunda yaxşı baş çıxarıram”.
Nikolov oradakı “meydançada” matç keçirməyi hamı üçün acınacaqlı hal sayır: “PFL kompromisə gedir, ancaq bununla öz nüfuzuna birdəfəlik xələl gətirir. Oyunun “keyfiyyəti” haqda düşünmək utandırıcıdır. Hansı futbol, hansı tamaşa, hansı idman estetikası... Yalnız yıxılmayıb, özünü palçığa bulamayasan. Bəs zədənin riskinin artırılmağı? Belə “meydançalar”da oyunları həmişəlik qadağa etmək lazımdır. Meydançaların keyfiyyəti haqda şərtsiz meyarlar tətbiq olunmalıdır. Bunu yerinə yetirmirsə, matç keçirmək üçün özünə digər yer axtar, yaxud texniki məğlubiyyətlə uduz. Yeri gəlmişkən, bu, Premyer Liqada digər stadionlara da aiddir və hamı nəyi nəzərdə tutduğumu yaxşı bilir”.
“İnter”in prezidenti keçmiş futbolçusu, cari mövsümdən “Kəpəz”in baş məşqçisi olan Mahmud Qurbanovun da halına acıyıb: “Ona görə həqiqətən üzülürəm. Mahmudu hələ “İnter”də oynadığı vaxtdan tanıyıram. O, alman dəqiqliyinə, kombinasiyalı oyuna, incə texnikaya malikdir. Onun gözləri var, meydanda çox şeyi görüb... Belə isə yetirmələrindən bütün bunları necə tələb etməlidir? Onun ayaqları altında yalnız Mars səhrası varsa...”.

0
0