Böyükağa Hacıyev: Futbolçularımın oyunundan razı qalmadım
18.12.2012 - 21:25
“Vurmayana - vurarlar prinsipi bu oyunda da özünü göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının birinci turundan təxirə salınmış “Neftçi” – “Bakı” oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyev deyib.
Təcrübəli çalışdırıcı yetirmələrinin oyunundan razı qalmadığını vurğulayıb:
“Komandanın fiziki durumu və motivasiyası yaxşı deyildi. Legioner futbolçular qış fasiləsi yaxınlaşdıqca evlərinə tez getmək barədə fikirləşirlər. Bugünkü görüşdə komanda çox aciz görsəndi. Təsəvvür edə bilmirəm ki, “Bakı” ilə heç-heçə etmişik. Komandamı tanımadım. Mahir Şükürov “Xəzər Lənkəran”la oyunda səhv etdiyi üçün start heyətində yer almadı. Ümumilikdə bugünkü oyunda komandanın heç bir futbolçusunun oyunundan razı qalmadım”.

0
0