Ağdam klubu ilin son oyununa hazırlaşır
18.12.2012 - 21:38
Ağdam klubu ilin son oyununa hazırlaşır
“Qarabağ” 2012-ci ilin son oyunu üçün hazırlığa başlayıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XVIII turunda “Xəzər-Lənkəran”ı qonaq edəcək Ağdam təmsilçisi hazırlıqlara start verib. “Bakı” ilə qarşılaşmadan sonra 1 günlük istirahətə buraxılan komanda yenidən Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda vacib oyun üçün bir araya gəlib.

Qeyd edək ki, “Qarabağ” – “Xəzər-Lənkəran” matçı dekabrın 20-də keçiriləcək. Qarşılaşma Tofiq Bəhramov adına respublika stadionunda saat 16:00-da start verəcək.