“Kəpəz” “Sumqayıt”la oyuna paytaxtda hazırlaşır
18.12.2012 - 22:19
“Kəpəz” “Sumqayıt”la oyuna paytaxtda hazırlaşır
Bu gün səhər saatlarında “Kəpəz” Bakıya yola düşüb. Apasport.az saytının məlumatına görə, dekabrın 20-də səfərdə “Sumqayıt”la qarşılaşacaq Gəncə klubu oyundan 2 gün əvvəl paytaxta yollanması, matça daha yaxşı şəkildə hazırlaşmaq məqsədindən irəli gəlir.

Baş məşqçi Mahmud Qurbanovun yetirmələri Bakıda artıq məşq də ediblər. “Kəpəz” “Şəfa” stadionunun yardımçı meydançasında hazırlıq prosesi keçib. Sabah isə Gəncə təmsilçisi görüşün keçiriləcəyi stadionda saat 11:00-da məşqə çıxacaq.