Kuareşma “qara-qartallar”dan ayrıldı?
18.12.2012 - 23:17
Kuareşma “qara-qartallar”dan ayrıldı?
“Beşiktaş”ın prezidenti Fikrət Orman Rikardo Kuareşmanın müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edilməsi xəbərini təkzib edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, klub prezidenti bunun doğru olmadığını bildir.

Orman klubun binasında jurnalistlərə verdiyi müsahibəsində, hazırda belə bir vəziyyətin yalan olduğunu ifadə edib:

“Hazırda Kuareşmanın müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edilməsi xəbəri doğru deyil. O, “Beşiktaş”a məxsus futbolçudur. Bu gün bu məsələ ilə bağlı heç bir yenilik yoxdur. Transferə gəldikdə isə Rikardoya heç bir klubdan yeni təklif gəlməyib.