Messi, Xavi və Puyol “Barselona” ilə müqaviləsinin müddətini uzatdı
19.12.2012 - 00:06
Messi, Xavi və Puyol “Barselona” ilə müqaviləsinin müddətini uzatdı
“Barselona” üç ən dəyərli futbolçuları olan Lionel Messi, Xavi və Karles Puyolla müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, hər üç oyunçu daha bir neçə il Kataloniya klubunun şərəfini qoruyacaq.

Belə ki, “Barselona” Messi ilə müqaviləsini 2018-ci ilin iyunun 30-na, Xavi və Puyolla isə 2016-cı ilin iyunun 3-dək uzadıb.

Qeyd edək ki, Puyol 17 yaşından “Barselona”nın formasını geyinir. Messi isə 2018-ci ilə qədər komandasına sadiq qalarsa onda o, 12 mövsüm bu klubun şərəfini qoruyacaq. Xavi isə 2016-cı ilə qədər Kataloniya təmsilçisinin heyətində çıxış edərsə onda yarımmüdafiəçi, 18 il “Barselona”nın formasını geyinmiş olacaq.