Çempionlar Liqasının ən yaxşıları
19.12.2012 - 01:07
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşılarının adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu turnirə damğa vuran oyunçunu, ən yaxşı qolu, ən yaxşı komandanı və ən yaxşı oyunu seçib.
“Real”, “Ayaks” və “Mançester Siti” ilə eyni qrupda mübarizə aparan Dortmund “Borusiya”sı, məğlubiyyət acısı görmədən qrup birincisi olduğu üçün ən yaxşı komanda seçilib.
H qrupunu ikinciliklə tamamlayan “Qalatasaray”ın hücumçusu Burak Yılmaz, ən yaxşı futbolçu adına layiq görülüb. Belə ki, “Cim-Bom”un turnirdə vurduğu 7 qolun 6-sına, Türkiyə milli komandasının forvardı imza atıb.
“Milan”ın fransalı müdafiəçisi Filip Meksesin “Anderlext”in (3:1) qapısına vurduğu top, ən yaxşı qol seçilib.
Çempionlar Liqasında qrup oyunlarının digər mükafatçıları isə bunlardır:
“Real” – “Mançester Siti” qarşılaşması (3:2) - Ən yaxşı matç
Skott Broun (Seltik) “Bəli, hər oyundan öncə “Cəsur ürək” filmini izlər, Şotlandiya milli geyinimizi geyinər və birgə rəqs edərik” - Ən yaxşı söz
İsveçli hücumçu Zlatan İbrahimoviç 6 fərqli komandanın heyətində qol vuran ilk oyunçu – Ən yadda qalan rəqəm (6)
BATE-nin evdə "Bavariya"nı xalsız yola salması və ÇFR-in səfərdə "Mançester Yunayted"i məğlub etməsi - Qrup mərhələsinin sürprizi
“Çelsi” (Çempionlar Liqasını qazanıb və növbəti mövsüm qrupda qalan ilk komanda) – Qrup mərhələsinin uğursuzu

0
0