“İnter” 1/4 finalda
19.12.2012 - 03:03
İtaliya kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bir görüşdən ibarət bu mərhələnin növbəti oyun günündə yalnız bir qarşılaşma baş tutub.
“İnter” “Cüzeppe Meatsa” stadionunda “Verona”nı qonaq edib. Ev sahiblərinin aşkar üstünlüyü şəraitində keçən görüşdə Milan təmsilçisi inamlı qələbə qazanıb.
Beləliklə, rəqibini 2:0 hesabı ilə məğlub edən Andrea Stramaççoninin yetirmələri 1/4 final mərhələsinə adlayıb. Burda isə onların rəqibi bu axşam baş tutacaq “Napoli” – “Baloniya” qarşılaşmasının qalibi olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinə bu axşam keçiriləcək 3 oyunla yekun vurulacaq.
İtaliya Kuboku
1/8 final
18 dekabr
“İnter” – “Verona” – 2:0
Kassano, 50, Quarin, 54
19 dekabr
“Latsio” – “Siena”
“Udineze” – “Fiorentina”
“Napoli” – “Bolonya”

0
0