Vilya Turin klubuna keçə bilər
19.12.2012 - 06:07
Vilya Turin klubuna keçə bilər
İtaliya “Yuventus”u hücum xəttini İspaniyalı futbolçu ilə gücləndirməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, Turin klubu “Barselona”nın forvardı David Vilya ilə yaxından maraqlanır.

Kataloniya təmsilçisi ilə artıq danışıqlara başlayan “Qoca Sinyora” rəhbərliyi, Vilyanı icarəyə götürmək istəyir.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm “Barselona”nın ilk “11-liy”ində yalnız 6 matçda meydana çıxıb.