Emin Mahmudov “Spartak”dan getməyə hazırdır
19.12.2012 - 09:47
Emin Mahmudov “Spartak”dan getməyə hazırdır
Azərbaycanlı futbolçu Emin Mahmudov Moskva “Spartak”ından getməyə hazırdır. Apasport.az saytının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi qış transfer dövründə başqa kluba icarəyə getməyi götür-qoy edir.

Emini klubunda hazırkı vəziyyət qane etmir. Belə ki, o, əsas heyətə düşə bilməyərək, yalnız əvəzedici komandada çıxış edir. Həmyerlimiz 2013-cü ildə Avropa çempionatının final mərhələsində çıxış edəcək Rusiyanın gənclər yığmasına namizəddir.

Qeyd edək ki, AFFA Eminə millimizə oynamaqla bağlı rəsmi təklif göndərsə də, o, hələ ki Rusiya yığmasında oynayır.