İlin son akkordları: Qış çempionu hansı “qardaş” olacaq?
19.12.2012 - 12:15
İlin son akkordları: Qış çempionu hansı “qardaş” olacaq?
Sabah Topaz Premyer Liqasında XVIII turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 gündə baş tutacaq matçlarla bu ilin son akkordları vurulacaq.

Azarkeşləri əsas maraqlandıran qış çempionunun kim olacağıdır. Belə ki, hazırkı vəziyyətdə buna daha şanslı şərikli liderlər “İnter”lə “Simurq”dur. “Qardaş komandalar”ın hər ikisi evdə turnir cədvəlinin aşağılarında qərarlaşan klublarla qarşılaşacaq.

“İnter” “altılığ”a düşmək üçün qələbəyə böyük ehtiyacı olan “Bakı” ilə oyuna çıxacaqsa, “Simurq”un axırdan əvvəlki pillədə gedən “Rəvan”la matçda işi nisbətən asandır.

3-cü pillədə gedən “Qarabağ”ın da qış çempionu olmaq şansı qalır. Ancaq komandanın bu baxımdan liderlərlə müqayisədə işi çətindir. Əvvəla, Qurban Qurbanovun çalışdırdığı komandanın “İnter”lə “Simurq”la 2 xal geri qaldığına görə 1-ci pilləyə yüksəlməyi üçün özünün qalib gəlməyi, rəqiblərinin uduzmağı lazımdır. İkincisi, ağdamlıları evdə “Xəzər Lənkəran”la çətin sınaq gözləyir. Ancaq elə də ola bilər ki, bu il üçhakimiyyətliklə başa vurulsun.

İstənilən halda, 2012-yə gələn həftə yekun vurulacaq. Çünki həmin vaxt “Neftçi”nin “İnter”lə təxirə salınmış oyunu olacaq. Yəni 1 oyunu ehtiyatda olan, zaqatalalıları topların fərqində qabaqlayan “bankirlər”in qış fasiləsində zirvədə yollanmaq şansı daha çoxdur. “Neftçi”nin “İnter”lə xallarını bərabərləşdirməyə imkanı qalsa da, rəqibi onun meydana çıxacağı gündə qalib gələrsə, təxirə salınmış oyuna qədər bu şans qalmayacaq. Çempion AZAL-la cari mövsümdə ilk dəfə üzləşəcək ki, bu, onunla I dövrədəki matçının gələn ilə təxirə salınmağı ilə bağlıdır.

“Qəbələ” Ramiz Məmmədovun baş məşqçisi postuna qayıdışından sonra ilk məğlubiyyətini aldığı “Turan”ın qonağı olacaq. “Sumqayıt” - “Kəpəz” matçını isə autsayderlərin dueli kimi qələmə vermək olar.

20 dekabr
14:00. “Turan” – “Qəbələ”
Tovuz. Şəhər stadionu.
İlk dövrədəki oyun – 1:0.

15:00. “Simurq” – “Rəvan”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
İlk dövrədəki oyun – 2:0.

16:00. “Sumqayıt” – “Kəpəz”
Bakı. “Bayıl Arena” stadionu.
İlk dövrədəki oyun – 0:0.

16:00. “Qarabağ” – “Xəzər Lənkəran”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk dövrədəki oyun – 0:2.

21 dekabr
15:00. “İnter” – “Bakı”
Bakı. “Şəfa” stadionu.
İlk dövrədəki oyun – 0:0.

17:00. “Neftçi” – AZAL
Bakı. 8-ci km qəsəbə stadionu.
İlk dövrədəki oyun təxirə salınıb.


komandaoqhmtx
1
İnter
16
8
6
2
17-6
30
2
Simurq
16
8
6
3
20-11
30
3
Qarabağ
17
7
7
3
22-16
28
4
Neftçi
15
8
1
6
30-18
25
5
Qəbələ
17
7
4
6
19-18
25
6
Xəzər L
17
6
6
5
24-17
24
7
AZAL165
7
4
19-15
22
8
Turan
16
5
5
6
19-20
20
9
Bakı
16
3
10
3
15-12
19
10
Sumqayıt
17
4
5
8
15-21
17
11
Rəvan
17
4
4
9
16-28
16
12
Kəpəz
17
2
3
12
10-34
9

Bombardir: Nikolas Kanales (Neftçi) - 14