“Qəbələ”nin yoxlama oyunlarının vaxtı bilindi
19.12.2012 - 13:01
“Qəbələ”nin yoxlama oyunlarının vaxtı bilindi
“Bildiyiniz kimi, Antalyanın Bələk bölgəsində təlim-məşq toplanışı keçəcəyik. Bu, yanvarın 20-dən fevralın 2-dək olan müddəti əhatə edəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

Bu tur qazanacağı qələbə ilə fasiləyə ilk “altılıq”da yollanacaq “Qəbələ” ötən qış fasiləsində olduğu kimi Bələkdə “Gloria Serenity” otelində məskunlaşacaq. Komanda orda bir neçə yoxlama oyunları da keçirəcək: “Orda 4 yoxlama oyunu keçirəcəyik. Artıq qarşılaşmaların vaxtına da aydınlıq gəlib. Belə ki, yanvarın 22-si, 25-i, 28-i və fevralın 1-də rəqbilərlə gücümüzü sınayacağıq. Ancaq hələ ki ehtimal olunan rəqiblərin adlarına aydınlıq gəlməyib. Bunu yaxın günlərdə biləcəyik”.

Səbuhi TOFİQOĞLU