7 pillə geri: Antirekord təkrarlanmadı
19.12.2012 - 15:27
7 pillə geri: Antirekord təkrarlanmadı
Azərbaycan millisi FİFA reytinqinə bu ili başladığı yerdən geridə başa vurub. Apasport.az saytının məlumatına görə, 2012-yə 111-ci pillədə başlayan yığmamız 12 ayın sonunda 7 addım geriləyərək, 118-ci olub.

Əslində, Berti Foqtsun baş məşqçisi olduğu komandamız oktyabrda məhz 111-ci idi. Ancaq növbəti ayda birdən-birə 12 pillə aşağı düşmək indiki vəziyyətə gətirib çıxardı və bu, ildə ən böyük geriləməyimiz oldu. Ən böyük irəliləyiş isə apreldə 6 pillə irəliləməkdir.





Millimiz 2012-ci ildə FİFA reytinqində

Yanvar – 111-ci yer (+1)
Fevral – 109 (+2)
Mart – 116 (-4)
Aprel – 110 (+6)
May – 109 (+1)
İyun – 112 (-3)
İyul – 108 (+4)
Avqust – 108 (0)
Sentyabr – 107 (+1)
Oktyabr – 111 (-4)
Noyabr – 123 (-12)
Dekabr – 118 (+5)

Əgər Foqtsun millimizdə olduğu 4 ilə nəzərə yetirsək, onunla millimiz 2008-i 134-də, 2009-u 114-də, 2010-u 98-də, 2011-i 112-də başa vurub. Göründüyü kimi, 118-ci sonluq 66 yaşlı almaniyalı çalışdırıcının yığmamızdakı ən pis göstəricisi olmasa da, 2-ci aşağı yerdir.

Foqtsun 4 ildən artıq hakimiyyəti dövründə ən böyük geriləyişi 2011-ci ilin oktyabrında 20 pillə - 97-dən 117-yə düşməyidir. Yəni budəfəki 12 pillə geriləməni onun antirekordu saymaq olmaz. Foqtsla ən böyük irəliləyiş isə 2009-cu ilin oktyabrında 14 pillə irəliləyiş – 139-dan 125-ə yüksəlməkdir.