“Barselona”da xərçəng şoku: Tito Vilanova postundan getdi
19.12.2012 - 17:04
“Barselona”da xərçəng şoku: Tito Vilanova postundan getdi
“Barselona”nın baş məşqçisi Tito Vilanova gözlənilmədən postundan gedib. Apasport.az saytının məlumatına görə, cari mövsümdən komandaya rəhbərlik edən 43 yaşlı ispaniyalı çalışdırıcının xərçəng xəstəliyinə tutulduğu bildirilir. Bununla əlaqədar səhhəti pisləşən Tito xəstəxanaya yerləşdirilib.

Məsələ ondadır ki, o, ötən ilin noyabrında qulaq nahiyəsində şişin aradan qaldırılmağı ilə bağlı əməliyyat keçirib. Mütəxəssisdə bundan 1 il sonra yenidən şiş aşkarlanıb. Hazırda çalışdırıcının üzərində təcili cərrahiyə əməliyyatı aparılır. İspaniyanın məşhur “Marka” qəzetinin yazdığına görə, klub rəhbərliyi artıq yeni baş məşqçi axtarışına başlayıb.