Ukrayna Valentin Qranatkin turnirinə 18 futbolçu ilə qatılacaq
19.12.2012 - 17:22
Ukrayna Valentin Qranatkin turnirinə 18 futbolçu ilə qatılacaq
19 yaşadək futbolçulardan ibarət yığmamızın rəqiblərindən birinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə A qrupundakı rəqiblərimizdən biri olan Ukrayna Sankt-Peterburqa 18 futbolçu ilə gələcək.

Turnirdə 1995-ci il təvəllüdlü futbolçular iştirak edəcəyindən, Ukrayna bu turnirə U-18 ilə qatılacaq. Şərqi slavyanlar ənənəvi turnirdən öncə qonşu Belarusa təlim-məşq toplanışına gedəcək. Bu, dekabrın sonlarında olacaq. Komanda Belarusa 23 futbolçu ilə yollanacaq. Ancaq baş məşqçi Aleksandr Petrakov toplanışın sonunda 5 futbolçunu heyətdən çıxararaq Rusiyaya aparmayacaq.

Qapıçılar: Boqdan Sarnavski (Arsenal), Yaroslav Stavitski (Şaxtyor), Vitali Çijikov (Zarya)

Müdafiəçilər: Vadim Şevçuk, Pavel Poleqenko, Aleksey Milyutin (hər üçü “Dinamo”), Taras Kaçaraba (Şaxtyor), Eduard Sobol (Metallurq), Yuri Tkaçuk (Metallist), Yevgeni Malik (Volın)

Yarımmüdafiəçilər: Yevgeni Çumak, İqor Xaratin (hər ikisi “Dinamo”), Artyom Qabelok, Vyaçeslav Tankovski (hər ikisi “Şaxtyor”), Sergey Sizi (Metallist), Dmitri Kravçenko (Vorskla), Yuri Yastreb (Karpatı)

Hücumçular: Artur Mironyan (Şaxtyor), Roman Yaremçuk (Dinamo), Artyom Radçenko (Metallist), Dmitri Lukanov (Zarya), Nikita Tatarkov (Metallurq), Taras Zaviyski (Karpatı)

Qeyd edək ki, Arif Əsədovun yetirmələri Ukrayna ilə qrupun son oyununda üz-üzə gələcək. Bu görüş yanvarın 9-da Bakı vaxtı ilə saat 15:15-də baş tutacaq.