“İnter” Albaniyadan hücumçu gətirir
19.12.2012 - 17:11
“İnter” Albaniyadan hücumçu gətirir
"İnter”i qış fasiləsində heyətinə alban futbolçu qata bilər. Apasport.az saytının məlumatına görə, paytaxt klubuna albaniyalı futbolçu təklif olunub.

Bu, 28 yaşlı hücumçu Fatyon Sefadı. 1984-cü il təvəllüdlü oyunçu Albaniyanın "Besa” klubunda top qovur. O, "İnter”ə menecerlər tərəfindən təklif olunub. Sefanın Bakı klubuna keçib-keçməyəcəyinə qış transfer dövründə aydınlıq gələcək.

Qeyd edək ki, Fatyon Sefa 1984-cü il iyulun 28-də dünyaya gəlib. 2008-2011-ci illərdə Albaniyanın "Dinamo” (Tirana, 44 oyun, 14 qol) klubunda çıxış edən futbolçu 2010-2011 mövsümünü "Besa”da keçirən (14 oyun, 4 qol) hücumçu ardınca bir mövsüm "Luşnya”da top qovub (27 oyun, 6 qol). Sefa cari mövsümün əvvəlində yenidən "Besa”ya dönüb. O, indiyədək 13 oyunda 1036 dəqiqə forma geyinib və 4 qola imza atıb. Bu müddətdə o, bir dəfə sarı vərəqə alıb.

Mənbə: fcinter-az.com