Kamran Ağayevin təzadlı etirafları
19.12.2012 - 20:21
Çoxdandı jurnalistlərdən uzaq düşən Kamran Ağayevi nəhayət, AFFA-nın son tədbirində tapmaq oldu. Yığma komandaların ən yaxşılarının mükafatlandırıldığı mərasimdə millimizin
qapıçısına da qənimətinə qovuşdu.
Müqavilə ilə məxsus olduğu "Xəzər Lənkəran"ın düşərgəsinə getməyən qolkiper bir sıra açıqlamalar verdi ki, onlara diqqət yetirmək, eyni zamanda münasibət bildirmək vacibdi.
*** Nəyəsə layiq olmaq gözəl haldı. Əsas odu özümüzü itirməyək, işləyək. Çoxları elə bilir ki, futbol bizim üçün qurtarıb. Futbol bizi atmasa, biz ondan əl çəkən deyilik. Bu mükafatı qazanmaq asandı, ancaq saxlamaq çətin. Yığmanın əsas heyətində daim meydana çıxan futbolçu yoxdu. Sadəcə, liderlər var. Komandanın kapitanı, vitse-kapitanı var - lider onlardı. Baş məşqçi hansı futbolçunu hazır görürsə, ona da şans verir. Bilmək olmaz, gələcək oyunlarda meydana çıxacam, ya yox. Bundan ötrü özümüzü doğrultmalıyıq.
*** Öncə Kamranı təbrik edirik. O, həqiqətən də bu gün Azərbaycanın ən yaxşı qapıçısıdı. Hətta oyun praktikası olmayanda belə yığmanın matçlarında bacarığını tam göstərib. Ancaq Ağayev onu da unutmasın ki, mükafatı yalnız rəqibsizliyə görə alıb. Adətən komandada bir əsas qapıçı olur və belə bir nominasiya da müəyyənləşəndə qənimətin kimə çatacağı öncədən bəlli olur. Görünür, AFFA ərköyün qapıçının könlünü almaq üçün belə edib. Kamranın ərköyünlüyü bilirsiz nədədi? "İstənilən vaxt futbolu atıb gedə bilərəm" deyən qapıçının son açıqlaması tam fərqlidi: "Futbol bizi atmasa, biz ondan əl çəkən deyilik".
*** Qış fasiləsində hər şey ola bilər. Sadəcə, "Xəzər Lənkəran"da transferimə real məbləğ qoyulmadığına, müqaviləm olduğuna görə başqa komandaya keçə bilmədim. Yəqin ki, yayda bu komandadan ayrılacağam. Çünki həmin vaxt müqaviləm bitir. Ümumiyyətlə, "Xəzər Lənkəran"a gəldiyim gündə açdığım dəftəri artıq bağlamışam. Məni orda istəyənlər də, istəməyənlər də var. "Xəzər Lənkəran"da komanda yoldaşlarım arasında, rəhbərlikdə dostlarım var. Onları da belə ağır vəziyyətdə görəndə pis oluram. Çünki bu komanda həmişə çempionluğa oynayıb. Amma qazandığım uğurların arasına "Xəzər Lənkəran"ı qatmayacağam. "Xəzər Lənkəran" karyeramdan uzaqdı. Orada tarixim var. Tarix yadda qaldı, hər şey də qurtardı. "Xəzər Lənkəran" mənə elə bir qiymət qoyub ki, bu məbləğə klub saxlayırlar, futbolçu almırlar. Əgər məni böyük oyunçu kimi qiymətləndiriblərsə, sağ olsunlar. Milli komandamız güclə bir futbolçu yetişdirir, klublarımız həmin futbolçunu məhv edir. Əgər istəmirlərsə, "Xəzər Lənkəran"da oynayım, imkan versinlər, gedib başqa komandada öz sözümü deyim.
*** Bax, bu məqamda Ağayev səhv edir. Birincisi, peşəkarlıqdan dəm vuranlar pulu görəndə əriməməlidi. Hələ komanda ilə müqavilə bağlayanda zəhmət çəkib bu günü düşünməli idin. O zaman anlaşmaya bənd əlavə edərdin ki, məsələn, 100 min manat verən olsa, lənkəranlılarla müqaviləni poza bilərsən. Əvəzində yaxşı pula görə az qala danışmaq hüququnu da kluba satırsan və indi belə vəziyyətə düşürsən. Ola bilər ki, "Xəzər Lənkəran" Kamrana görə 400-500 min istəyir. Ancaq əminəm ki, cənublular artıq pul deyil, məhz qapıçıya xərclədiyini tələb edir. Almısan, indi də ödə. Yoxsa istəyirsən ki, həm lənkəranlılar verdiyini sənə bağışlasın, həm də keçəcəyin "Neftçi"dən "podyomnı" alıb ikiqat irəli düşəsən? Niyə demirsən ki, "Xəzər Lənkəran"dan aldığın məbləğə klub saxlayırlar? Haqlısansa AFFA-ya, FİFA-ya şikayət et də.
*** Həyatımı yaşayıram, futboldan danışmıram. Kimsə futboldan danışanda ondan uzaq oluram. Peşəkar idmançı necə edirsə, biz də elə məşq edirik. Bu, hər kəsin başına gələn bir şeydi. Biz bunu yaşadıq. Sadəcə, bundan sonra bizə dərs oldu ki, hansısa bir komandaya getsəm, hər şeyi müqavilə şərtləri ilə edəcəyəm. Belə deyək ki, "kişi sözü", "balamın canı" kimi ifadələrə baxmayacağam.
*** Bax, tipik Kamran aktyorluğu, tipik Kamran küsəyənliyidi. Bu sözləri çox eşitdiyimizdən dərinə getməyəcəm. Sadəcə, boş sözlərdi (Sport Ekspress).
*** Qəza 1 həftə əvvəl olub. Sadəcə, qəzaya düşmüşəm, yaxşı qurtarmışam. Əzilən yerim yoxdu. Məni qırmızı işıqda vurublar. Özüm qayda pozuntusu çox edirəm. Ancaq bu dəfə günah bizdə yox, onlarda olub. Sadəcə, hadisəni gizli saxlayırdıq ki, mətbuata çıxmasın. Ancaq haradan çıxdısa, bilmədim. Bir də mətbuat işçilərinə deyərdim ki, mobil telefonuma zəng edəndə futbolla bağlı sualları verməsinlər. Futbolla bağlı suallarınızı buradan cavablandırmağa hazıram.
*** Keçmiş olsun. Bu hadisədən yaxşı qurtarmağına görə həqiqətən sevindim. Qaydanı tez-tez pozmağınsa yaxşı deyil. İraq olsun, növbəti qəzada günah səndə və daha pis nəticələr ola bilər. Futbolçu olmağın bir yana, adi insan kimi də kimsənin başına hansısa qəza gəlməsini heç kəs istəməz.
*** Hansısa kluba keçsəm, orada futbol oynayacağam. Ancaq indidən deyə bilmərəm ki, karyeramı harada davam etdirəcəyəm. O ki qaldı legioner həyatı yaşamalı olmağımla bağlı deyilənlərə, bundan ötrü insan hazır olmalıdı. Yayda istəyənlər var idi, gedə bilərdim. Sadəcə, "Xəzər Lənkəran"da qaldım, bu da bir qismətdi. İndiki vəziyyətdə hazır olmağıma görə gedə bilmərəm. 8 kq artıq çəkidən əziyyət çəkirəm. Mənə bir komanda lazımdı ki, orada formalaşım. Hazırda oyun praktikası sarıdan əziyyət çəkirəm. İndi xaricə getsəm, getdiyim kimi geri qayıdacağam. Buna görə belə vəziyyətdə getmək istəmirəm.
*** Deməli, indiyə kimi futbol oynamamısan? Gözəl etirafdı. Deməli, cənublular səni qovmaqda haqlıdı. "Hansısa kluba keçsəm, orada futbol oynayacağam" nə deməkdi? Legioner həyatıyla bağlı dediklərinsə avantüradı. İndi formada deyilsən, bəs, formada olanda niyə səni istəyən yox idi? Əminəm ki, onda da istəyən olub, amma sən xaricə burada daha çox qazandığın üçün getməmisən. Heç olmasa, bunu etiraf et.

0
0