Robinyo yenidən “Santos”un hədəfində
20.12.2012 - 00:26
“Milan”ın braziliyalı futbolçusu Robinyonun Avropa macərası başa çata bilər. Apasport.az saytının məlumatına görə, 2005-ci ildə “Real”a, daha sonra “Mançester Siti”yə, ardınca isə Milan təmsilçisinə transfer olunan 28 yaşlı hücumçu yenidən vətəninə qayıtmağa çox yaxındır.
Belə ki, Robinyonun sabiq komandası “Santos” onu heyətində yenidən görməyi planlaşdırır. Artıq Braziliya klubu forvard üçün “Milan” rəhbərliyinə 7.5 milyon avroluq təklif də göndərib. Lakin italiyalılar bu məbləğlə razılaşmayıb və daha çox 10 milyon avro istəyib.
Bununla bağlı “Santos”un vitse-prezidenti Odilio Rodriqez Braziliya mətbuatına açıqlama verib. O, Robinyonun transferinin həll olunmasının sona yaxınlaşmasını bildirib:
“Hazırda danışıqlarımız davam edir. Transferə nöqtə qoymaq istəyirik. Məqsədimiz azarkeşlərimizin arzularını gerçəkləşdirməkdir”.
Hərçənd bu məsələ ilə bağlı Robinyonun atasının açıqlaması, “Santos”un planlarını alt-üst edə bilər. O, oğlunun Braziliyaya yenidən qayıtmayacağını vurğulayıb:
“Bu azarkeşlərin aldadılmasından başqa bir şey deyil. Robinyo “Milan”dan ayrılmayacaq. İtaliya klubu bəzi ulduz futbolçularını satıb. Amma oğlumu heç bir komandaya göndərməyəcək”.

0
0