Çempionlar Liqası: 2 möhtəşəm cüt
20.12.2012 - 14:50
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbir Bakı vaxtı ilə saat 14:30-da başlayıb.
Mərasimi UEFA-nın baş katibi Canni İnfantino, yarış direktoru Corcio Marketti və finallar üzrə məsul şəxslər Stiv Makmanaman ilə Patrik Klyuvert aparıb.
Qaydalara əsasən, bu mərhələdə qrup qalibləri ikinci pillənin sahibləri ilə üz-üzə gələcəkdi. Bu mərhələdə bir qrupda yer almış və eyni ölkənin təmsilçilərinin qarşılaşması isə mümkünsüz idi.
Ölkəmizdə də çıxışı maraqla izlənilən “Qalatasaray”ın kiminlə düşməsi maraqla gözlənilirdi. İnsafən, “səpələnmişlər” səbətində yer alan digər rəqiblərə baxanda, İstanbul nəhənginin bəxtinin gətirdiyini söyləmək olar. “Cim-Bom” “Şalke”ni keçmək iqtidarındadır.
Nəticəsi maraqla gözlənilən digər cütlüklər isə “Arsenal” – “Bavariya”, “Milan” – “Barselona” və təbii ki, “Real” – “Mançester Yunayted”dir. “Milan” və “Barselona”nın ötən mövsüm Çempionlar Liqasının qrup və 1/4 final mərhələsində qarşılaşdığını nəzərə alsaq, bu dəfə italyanların Kataloniya təmsilçisindən qisas almaq şansı var.
Təbii ki, “Milan”ın hazırkı heyətinin ötən ilə nisbətən zəif olduğunu, aparıcı ulduzların komandadan getdiyini nəzərə alanda, “Real” – “Mançester Yunayted” cütlüyünü ən maraqlısı hesab etmək olar. Çünki hər iki komanda bu mövsüm turnirin qalibi olmağa əsas namizədlərdəndir. Bəlkə də yeganə cütlükdür ki, burda konkret namizədin adını çəkmək olmur.
1/8 final
"Qalatasaray" (Türkiyə) - "Şalke" (Almaniya)
"Seltik" (Şotlandiya) - "Yuventus" (İtaliya)
"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)
"Şaxtyor" (Ukrayna) - "Borussiya" D (Almaniya)
"Milan" (İtaliya) - "Barselona" (İspaniya)
"Real" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Valensiya" (İspaniya) - "PSJ" (Fransa)
"Portu" (Portuqaliya) - "Malaqa" (İspaniya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları fevralın 12-13-ü, 19-20-də, cavab görüşləri 2 həftə sonra keçiriləcək.

0
0