“Fənərbaxça” və “Bursaspor” evdə 3 xala sevindi
20.12.2012 - 01:30
“Fənərbaxça” və “Bursaspor” evdə 3 xala sevindi
Türkiyə kubokunun A qrupu çərçivəsində birinci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Bursaspor" doğma publika önündə "1461 Trabzon"u qəbul edib. Görüş ev sahiblərinin inamlı qələbəsi ilə yadda qalıb. Belliklə, rəqibini 2:0 hesabı ilə üstələyən Bursa təmsilçisi meydandan 3 xalla ayrılıb.

“Şükrü Səracoğlu” stadionunda "Sivasspor"u qonaq edən "Fənərbaxça" da ilk matçını qələbə ilə başa vurub. İlk hissədə rəqibinin müqavimətini qıra bilməyən “sarı-bülbüllər” 2-ci yarıda qonaqları diz çökdürməyə müvvəfəq olub - 2:0.

Qeyd edək ki, B qrupunun oyunları bu axşam keçiriləcək.


Türkiyə kuboku

A qrupu

19 dekabr

"Bursaspor" - "Trabzonspor 1461" - 2:0
Pinto, 45, N Diaye, 49

”Fənərbaxça” – “Sivasspor” - 2:0
Kristian, 66, 84

20 dekabr

B qrupu

"Mersin İdmanyurdu" - "Antalyaspor"

"Trabzonspor" - "Əskişəhərspor"