Almaniya kubokunda 1/8 finalçıları məlum oldu
20.12.2012 - 01:57
Almaniya kubokunda 1/8 finalçıları məlum oldu
Almaniya kubokunda 1/16 final mərhələsinin oyunlarına yekunvurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Səfərdə "Volfsburq"un qonağı olan Leverkuzen "Bayer"i məğlubiyyətlə üzləşib. Rəqibinə 2:1 hesabı ilə uduzan "Bayer" kubokla vidalaşıb.

Öz meydanında "Hannover"i qəbul edən Dortmund "Borusiya"sı isə rəqibini darmadağın edin – 5:1.

Beləliklə, Almaniya kubokunun 1/8 final mərhələsinə keçən bütün komandaların adları məlum olub. Bunlar "Frayburq", "Mainz", "Bavariya", "Fortuna", "Bohum", "Volfsburq", "Ştuttqart" və Dortmund "Borusiya"sıdır.


Almaniya kuboku

1/16 final

18 dekabr

"Karlsrue" - "Frayburq" - 0:1
Şmid, 2

"Şalke" - "Mainz" - 1:2
Huntelar, 75 - Kaliqiuri, 30, Müller, 83

"Auqsburq" - "Bavariya" - 0:2
Qomez, 26, Şaqiri, 85

"Offenbax" - "Fortuna" - 2:0
Fetş, 76, Voqler, 85

19 dekabr

"Bohum" - " Münhen 1860 " 3:0
Dediç, 30, Maltritz, 75, 78

"Volfsburq" - "Bayer"L 2:1
Traş, 78, Dost, 90 - Fagner, 31-avtoqol

"Ştuttqart" - "Köln" 2:1
Gentner, 31, İbişeviç, 37-pen, Klemens, 80

"Borusiya" D - "Hannover" 5:1
Qotze, 3, 40, 85, Blaşikovski, 18, Levandovski, 90 - Diuf, 79