"Napoli" uduzdu, "Latsio" 1/4 finalda
20.12.2012 - 02:54
"Napoli" uduzdu, "Latsio" 1/4 finalda
İtaliya kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bir görüşdən ibarət bu mərhələnin sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

“Latsio” doğma meydanda “Siena” ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Matça əlavə edilən 30 dəqiqədə də qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə Roma klubu rəqibini 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

“Fiorentina” isə səfərdə “Udineze” ilə qarşılaşıb. Bu oyunun taleyini bir qol həll edib. Matçın 36-cı dəqiqəsində Valeronun vurduğu qol Florensiya təmsilçisini 1/4 final mərhələsinə keçirib.

Evində “Bolonya”nı qəbul edən “Napoli” isə yerli azarkeşlərini məyus edib. Rəqibinə 1:2 hesabı ilə uduzan Neapol klubu kubokla vidalaşmaq məcburiyyətində qalıb.


İtaliya Kuboku

1/8 final

18 dekabr

“İnter” – “Verona” – 2:0
Kassano, 50, Quarin, 54

19 dekabr

“Latsio” – “Siena” 1:1 (Penaltilər seriyası - 4:1)
Kiani, 90 - Kana, 56-avtoqol

“Udineze” – “Fiorentina” 0:1
Valero, 36

“Napoli” – “Bolonya” 1:2
Kavani 12 – Pasquato,38, Kone, 90