“Zadəganlar” yarımfinalda
20.12.2012 - 03:10
“Zadəganlar” yarımfinalda
İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə bir matç baş tutub.

"Çelsi" səfərdə aşağı liqa təmsilçisi "Lids"lə münasibətlərinə aydınlıq gətirib. Fasiləyə minimal hesablı məğlubiyyətlə yollanan “zadəganlar”, ikinci yarıda bunun əvəzini artıqlaması ilə çıxıb. Qarşılaşma London klubunun darmadağınlı qələbəsi ilə başa çatıb – 1:5.

Qeyd edək ki, "Çelsi" ilə yanaşı "Aston Villa", "Bradford Siti" və “Suonsi"də yarımfinala vəsiqə qazanıb.


İngiltərə Liqa Kuboku

19 dekabr

"Lids" - "Çelsi" - 1:5
Beççio, 37 - Mata, 47, İvanoviç, 64, Moses, 66, Hazard, 81, Torres, 83