Avropa Liqasının püşkü atıldı
20.12.2012 - 17:34
Avropa Liqasının püşkü atıldı
Bu gün Avroliqada 1/16 və 1/8 final mərhələlərinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, püşk “Neftçi” ilə eyni qrupda mübarizə aparan “Rubin” və “İnter” üçün fərqli olub.

Belə ki, kazanlıları turnirin son qalibi olan Madrid “Atletiko”su ilə çətin sınaq gözləyir. İtalyanların isə “Qalatasaray”ın qrupunda 3-cü yeri tutmuş ÇFR-i mübarizədən kənarlaşdırmaq şansı yüksəkdir.

Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Fənərbaxça”nı Belarusa səfər gözləyir. Belə ki, istanbulluları son illərdə beynəlxalq miqyasda yaxşı çıxış edən BATE ilə asan duel gözləmir.

Maraqlı cütlərdən “Tottenhem” – “Lion”, “Borussiya” – “Latsio”nu qeyd etmək olar.

1/16 final mərhələsi
"Napoli" (İtaliya) - "Viktoriya" (Çexiya)
"Tottenhem" (İngiltərə) - "Lion" (Fransa)
"Borussiya" (Münhenqladbax, Almaniya) - "Latsio" (İtaliya)
"Sparta" (Çexiya) - "Çelsi" (İngiltərə)
"Anji” (Rusiya) - "Hannover" (Almaniya)
"Bazel" (İsveçrə) - "Dnepr" (Ukrayna)
"Ayaks" (Hollandiya) - "Styaua" (Rumıniya)
"Atletiko" (Madrid, İspaniya) - "Rubin" (Rusiya)
"Ştutqart" (Almaniya) - "Genk" (Belçika)
"Nyukasl" (İngiltərə) - "Metallist" (Ukrayna)
"Bayer" (Almaniya) - "Benfika" (Portuqaliya)
"Dinamo" (Kiyev, Ukrayna) - "Bordo" (Fransa)
BATE (Belarus) - "Fənərbaxça" (Türkiyə)
"İnter" (İtaliya) - ÇFR (Rumıniya)
"Levante" (İspaniya) - "Olimpiakos" (Yunanıstan)
"Zenit" (Rusiya) - "Liverpul" (İngiltərə)


1/8 final mərhələsi
"Napoli" (İtaliya) - "Viktoriya" (Çexiya) cütünün qalibi - BATE (Belarus) - "Fənərbaxça" (Türkiyə) cütünün qalibi

"Bayer" (Almaniya) - "Benfika" (Portuqaliya) cütünün qalibi - "Dinamo" (Kiyev, Ukrayna) - "Bordo" (Fransa) cütünün qalibi

"Anji” (Rusiya) - "Hannover" (Almaniya) cütünün qalibi - "Nyukasl" (İngiltərə) - "Metallist" (Ukrayna)

"Ştutqart" (Almaniya) - "Genk" (Belçika) cütünün qalibi - "Borussiya" (Münhenqladbax, Almaniya) - "Latsio" (İtaliya) cütünün qalibi

"Tottenhem" (İngiltərə) - "Lion" (Fransa) cütünün qalibi - "İnter" (İtaliya) - ÇFR (Rumıniya) cütünün qalibi

"Levante" (İspaniya) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi - "Atletiko" (Madrid, İspaniya) - "Rubin" (Rusiya) cütünün qalibi

"Bazel" (İsveçrə) - "Dnepr" (Ukrayna) cütünün qalibi - "Zenit" (Rusiya) - "Liverpul" (İngiltərə) cütünün qalibi

"Ayaks" (Hollandiya) - "Styaua" (Rumıniya) cütünün qalibi - "Sparta" (Çexiya) - "Çelsi" (İngiltərə) cütünün qalibi

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları fevralın 14-də keçiriləcək.