Kristian Torres “Rəvan”a kömək edə bilməyəcək
20.12.2012 - 04:46
Kristian Torres “Rəvan”a kömək edə bilməyəcək
Topaz Premyer Liqasının 18-ci turunda “Simurq”la üz-üzə gələcək “Rəvan” meydana itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Kemal Alispahiç komandanın əsas futbolçularından olan Kristian Torresin xidmətindən yararlana bilməyəcək.

Belə ki, argentinalı yarımmüdafiəçi ötən tur “Sumqayıt”la qarşılaşmanın 63-cü dəqiqəsində “düzgün olmayan sürüşmə fəndi”nə görə, matçın baş hakimi Rauf Cabbarov tərəfindən sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, “Simurq” – “Rəvan” oyunu bu gün Zaqatala şəhər stadionunda keçiriləcək. Matç isə 15:00-da start verəcək.