Vilanova yenidən “Barselona”ya qayıdacaq
20.12.2012 - 05:29
Vilanova yenidən “Barselona”ya qayıdacaq
Xərçəng xəstəliyinə tutulan “Barselona”nın baş məşqçisi Tito Vilanova komandadan ayrılmayacaq. Apasport.az-ın klubun rəsmi internet saytına istinad məlumatına görə, cari mövsümdən Kataloniya klubuna rəhbərlik edən 44 yaşlı ispaniyalı çalışdırıcı qulaq nahiyəsində şişin aradan qaldırılmağı ilə bağlı olaraq əməliyyat keçirəcək.

Vilanova müalicəsini davam etdirmək üçün bir müddət xəstəxanada yatmaq məcburiyyətində qalacaq. Tito sağaldıqdan sonra yenidən “Barselona”nın sükanı arxasına keçəcək. Hələlik onun yoxluğunda komandaya köməkçi məşqçi Xordi Rura rəhbərlik edəcək.

Qeyd edək ki, dünən Tito Vilanovanın səhhəti birdən-birə pisləşərək xəstəxanaya yerləşdirilmişdir.O, ötən ilin noyabrında qulaq nahiyəsində şişin aradan qaldırılmağı ilə bağlı əməliyyat keçirib. Lakin Vilyanovada bundan 1 il sonra yenidən şiş aşkarlanıb.