Tito Vilanova: Həkimlər bunu mənə deyəndə, özümü yox, uşaqlarımı fikirləşdim
20.12.2012 - 09:29
“Həkimlər məndə ilk dəfə şiş aşkarlayanda, onda çətin dəqiqələr yaşadım. Özümdən daha çox uşaqlarımı düşünürdüm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Barselona”nın baş məşqçisi Tito Vilanova deyib. Hələ ötən ilin sonunda qulaq nahiyəsindəki şişə görə əməliyyatı olunan 43 yaşlı çalışdırıcı yenidən bu, aşkarlandığından, cərrahiyyə masasına uzanıb.
Mütəxəssis vaxtilə köməkçisi olduğu, cari mövsümdə onun gedişindən sonra baş məşqçi postuna keçən Xosep Qvardiolanın dəstəyini qiymətləndirib: “Mən fikirləşirdim ki, hələ uşaqlarıma lazımam. Analizlərin cavabını gözləyirdim və həkimin otağına daxil olanda, orada həyat yoldaşımı, Xosep Qvardiolanı, onun həyat yoldaşını və “Barselona”nın həkimlərini gördüm. Belə çox adamı görəndə, başa düşdüm ki, vəziyyət pisdir. Ancaq mən heç vaxt ruhdan düşmürəm. Onda özüm-özümə fikirləşdim ki, əgər məsələni həll etmək mümkün deyilsə, onda bəxtim gətirməyib. Əgər məndə belə imkan varsa, mübarizə aparacağam”.
Qeyd edək ki, əməliyyatdan sonra 6 həftə iş başında olmayacaq Vilanovanı köməkçisi Jordi Roura əvəzləyəcək.

0
0